• 25 Aprel 2024
logo
Braziliyada koronavirusa yoluxma riski hələ də qalmaqdadır

Braziliyada koronavirusa yoluxma riski hələ də qalmaqdadır

Braziliyada son sutka ərzində daha 15 383 nəfərin koronavirus infeksiyasına yoluxması, 271 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 5 250 727 nəfər yoluxub. Bu müddət ərzində 154 176 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 4 681 659 xəstə müalicə olunaraq sağalıb.