• 17 Aprel 2024
logo
KİV: ABŞ Sudanı terrorçuluğu maliyyələşdirən ölkələrin siyahısından çıxara bilər

KİV: ABŞ Sudanı terrorçuluğu maliyyələşdirən ölkələrin siyahısından çıxara bilər

ABŞ prezidenti Donald Tramp administrasiyası Sudanın adının terrorçuluğa maliyyə dəstəyi verən ölkələrin siyahısından çıxarılması üçün yaxın günlərdə bu ölkənin rəhbərliyi ilə razılıq əldə edə bilər.

Belə bir məlumatı ABŞ-dakı iki mənbəyə istinadən “Reuters” agentliyi yayıb.

Məlumata görə, müqavilənin təfərrüatları hələ ki hazırlanır. Mənbələrdən biri qeyd edib ki, bu razılaşma əldə edildikdən sonra Sudan İsraillə diplomatik münasibətlər qurmaq üçün səylərini artıra bilər.