• 29 Mart 2024
logo
TAP üçün mikrotunelin tikintisi çərçivəsində torpaq işləri başa çatıb

TAP üçün mikrotunelin tikintisi çərçivəsində torpaq işləri başa çatıb

Italiyanın Melendunyo şəhərində Trans-Adriatik boru kəməri (TAP) üçün mikrotunelin tikintisi çərçivəsində torpaq işəri başa çatıb.
Bu barədə TAP konsorsiumundan bildiriblər.
Məlumatda qeyd olunur ki, işlərin 90 faizə yaxını icra olunub və TAP marşrutu boyunca torpaqların böyük hissəsi bərpa edilib:
“Mikrotunelin tikintisi çərçivəsində dəniz dibinin monitorinqi Melendunyo sahilinin ekosistemi barədə daha çox məlumat öyrənməyə imkan verdi. Marşrut boyunca boru kəmərinin qoyulmasının təmin olunması üçün xüsusi texnologiyadan istifadə olunacaq. Məsafədən idarə olunan sualtı qayıq real vaxt rejimində borudöşəmə gəmisinə zəruri məlumatları çatdıracaq”.
Qeyd edək ki, dəyəri 4,5 milyard avro məbləğində ölçülən TAP “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir.