• 26 Oktyabr 2020
logo
Gürcüstanda son sutkada 919 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada 919 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 919 yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 14 440 nəfərə, ölənlərin sayı 113 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 792 nəfər karantində saxlanılır. Koronavirusa yoluxanlardan 7 367 nəfərin sağaldığı bildirilir.