• 26 Oktyabr 2020
logo
Ermənistanda son sutkada 1371 nəfər COVID-19-a yoluxub, 7 nəfər ölüb

Ermənistanda son sutkada 1371 nəfər COVID-19-a yoluxub, 7 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 371 nəfər yoluxub.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 59 995 nəfərə çatıb.

Son 24 saat ərzində 7 nəfər koronavirusdan ölüb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 1 046 nəfərə çatıb.