İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 618 nəfər yoluxub.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 290 493 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 228 658 nəfəri sağalıb, 1 980 nəfəri isə vəfat edib.
Qeyd edilir ki, aktiv koronavirus xəstələrinin sayı 59 854 nəfər təşkil edir.