• 20 Sentyabr 2019
logo
add image
İspaniyaya məxsus təyyarə hava boşluğuna düşdü - 35 nəfər...

İspaniyaya məxsus təyyarə hava boşluğuna düşdü - 35 nəfər...

İspaniyanın “Iberia” aviaşirkətinə məxsus təyyarə hava boşluğuna düşüb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 35 nəfər xəsarət alıb.
Qeyd olunur ki, təyyarə Mavrikidən Madridə hərəkət edirmiş. Xəsarət alanlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.
Təyyarə hava boşluğuna düşdükdən sonra qəfil yüksəklik itirib. Pilotlar təyyarəni Madrid hava limanında uğurla endirə bilib.
Təyyarəyə ziyan dəymədiyi bildirilir.