Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Suriya münaqişəsinin nizamlanması üzrə yeni xüsusi nümayəndəsi təyin olunub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, XİN başçısı Sergey Lavrov nazirliyin Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru Aleksandr Kinşakı XİN-in Suriya münaqişəsinin nizamlanması üzrə yeni xüsusi nümayəndəsi təyin edib.