• 6 İyul 2025
logo
Yaponiya və ABŞ birgə azad və açıq Hind-Sakit okean regionu yaratmaq niyyətindədir

Yaponiya və ABŞ birgə azad və açıq Hind-Sakit okean regionu yaratmaq niyyətindədir

Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi və ABŞ-ın Dövlət katibi Mayk Pompeo ikitərəfli alyansın möhkəmlənməsi, azad və açıq Hind-Sakit okean regionunun yaradılması üçün qarşılıqlı əməkdaşlığı daha da gücləndimək barədə razılığa gəliblər.

AZƏRTAC xəbər varir ki, tərəflər arasında bu barədə razılaşma oktyabrın 6-da Tokioda keçirilən işgüzar nahar zamanı əldə edilib. Bildirilir ki, ikitərəfli müzakirələr Avstraliya və Hindistan Xarici İşlər nazirləri ilə həmin gün təşkil olunan görüş ərəfəsində baş tutub.

T.Moteqi qeyd edib ki, Yaponiya-ABŞ alyansı həm regionda, həm də bütün dünyada sülhün və sabitliyin əsasını təşkil edir.

Nazir bildirib ki, Yaponiyanın Baş Naziri Yoşihide Suqanın administrasiyasının alyansın gələcək inkişafı ilə bağlı siyasəti dəyişməz qalır.

M.Pompeo öz növbəsində deyib ki, o, Baş Nazir Y.Suqanın azad və açıq Hind-Sakit okean regionu regionda sülhün və sabitliyin əsasıdır fikrini tam dəstəkləyir.

Dövlət katibi vurğulayıb ki, bu əsasın məhək daşını isə ABŞ-Yaponiya əməkdaşlığı təşkil edir.