• 22 Aprel 2021
logo
Britaniya Ukraynaya 6,5 milyon dollar yardım ayıracaq

Britaniya Ukraynaya 6,5 milyon dollar yardım ayıracaq

Böyük Britaniya Ukraynaya silahlı qarşıdurma və pandemiyadan zərərçəkən bölgələri dəstəkləmək üçün 5 milyon funt sterlinq (6,5 milyon dollar) məbləğində humanitar yardım edəcək.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, yardımın ayrılması barədə Ukrayna prezidenti Vladimir Zelenskinin Londona səfəri zamanı (7-8 oktyabr) elan ediləcək.

Qeyd edilir ki, səfər zamanı tərəflər sərbəst ticarət və strateji tərəfdaşlıq haqqında ikitərəfli razılaşmalar imzalayacaqlar.