• 20 Aprel 2021
logo
ABŞ prezidentinin baş məsləhətçisi koronavirusa yoluxub

ABŞ prezidentinin baş məsləhətçisi koronavirusa yoluxub

ABŞ prezidentinin baş məsləhətçisi Stiven Miller yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Trned-in "CNN" telekanalına istinadən verdiyi məlumata görə, S.Miller bildirib ki, o son 5 günü məsafədən işləyib və onun testlərinin nəticələri bu günədək mənfi olub:

"Bu gün COVİD-19 testinin nəticəsi müsbət oldu və bu səbəbdən mən karantindəyəm".

Qeyd edək ki, son bir neçə gün ərzində Ağ Evdə koronavirusa yoluxma hallarında artım qeydə alınıb.