• 20 Sentyabr 2019
logo
add image
İndoneziyada həbsxanadan 250-dən məhbus qaçdı

İndoneziyada həbsxanadan 250-dən məhbus qaçdı

İndoneziyanın Qərbi Papua əyalətində iğtişaşlar zamanı həbsxanadan 258 məhbus qaçıb.
Trend-in məlumatına görə, bölgədə davam edən etirazlar zamanı aksiya iştirakçıları hökumət binasını yandırdıqdan sonra həbsxanaya yaxınlaşıb.
Binaya daş atan etirazçılar məhbusların qaçması üçün şərait yaradıb.
Hazırda 258 məhbusdan bəziləri saxlanılıb. Digərlərinin axtarışları davam edir. Hücum zamanı həbsxananın bir mühafizəçisi xəsarət alıb.