• 20 May 2025
logo
Britaniyada 16 min qeydə alınmayan koronavirusa yoluxma halı aşkarlanıb

Britaniyada 16 min qeydə alınmayan koronavirusa yoluxma halı aşkarlanıb

Britaniya hakimiyyəti texniki nasazlıq səbəbiylə rəsmi hökumət statistikasına düşməyən yeni növ koronavirusa bir həftə ərzində 16 minə yaxın yoluxma hadisəsinin olduğunu bildirib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, qalan hesablanmamış rəqəmlər statistikaya daxil edilib və nəticədə son sutkada aşkarlanan infeksiya hadisələrinin sayı pandemiya başlayandan ən yüksək göstəriciyə - 22 961-ə çatıb.

Ölkədə yeni koronavirusa yoluxma hallarının ümumi sayı yarım milyonu keçib və hazırda 502 978-ə yüksəlib. Sutka ərzində yoluxanlar arasında 33 ölüm qeydə alınıb və ümumi ölüm sayı 42 350 nəfərdir.