• 23 Oktyabr 2024
logo
İranda 187 nəfər koronavirusdan ölüb

İranda 187 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 187 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 26 567 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3 552 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 464 596 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 137 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 385 264 nəfər koronavirusdan sağalıb.

İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

Ölkdə indiyədək 4,06 milyondan çox diaqnoz testi həyata keçirilib.