• 22 Aprel 2021
logo
İranda "qırmızı zona"ya daxil olan şəhərlərin sayı artır

İranda "qırmızı zona"ya daxil olan şəhərlərin sayı artır

İranda koronavirusa yoluxanların sayı oktyabrın 1-i günorta saatlarınadək 461 044, virus qurbanlarının sayı isə 26 380 nəfərə çatıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyinin məlumatında bildirilir. Qeyd olunub ki, təkcə son 24 saatda 3 825 yeni şəxsə COVID-19 diaqnozu qoyulub və onlardan 1 925-i xəstəxanaya yerləşdirilib.

Həmin müddətdə 211 nəfər xəstəliyin qurbanı olub. Hazırda ölkə üzrə ümumilikdə 4 121 xəstənin vəziyyəti ağırdır.

Məlumata görə, hazırda İranda 158 şəhər “qırmızı zona"ya daxil olub və Qərbi Azərbaycan, Ərdəbil, Əlborz, İlam, Çaharmahal və Bəxtiyari, Xuzistan, Kirmanşah, Kürdüstan, Mazandaran və Hormozqan vilayətlərində qırmızı kateqoriyaya daxil olan şəhərlərin sayı artmaqdadır.

Hazırda İran COVID-19-la mübarizə aparan ölkələrin siyahısında yoluxma hallarına görə dünyada 13-cü, ən çox ölüm sayına görə 10-cu, ən çox koronavirus xəstəsi ilə böhranlı vəziyyətdə olan 4-cü ölkədir.