• 1 İyul 2025
logo
Qazaxıstanda koronavirusa daha 65 nəfər yoluxub

Qazaxıstanda koronavirusa daha 65 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 65 yoluxma halı qeydə alınıb.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 108 044 nəfərə çatıb.
Məlumata əsasən, Qazaxıstanda yeni koronavirusa yoluxanlardan 103 028 nəfəri sağalıb, 1 725 nəfəri isə vəfat edib.