• 21 Aprel 2021
logo
Dünyada koronavirusa yoluxanların sayı 34 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 34 milyon nəfəri ötüb

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 34 137 200 nəfər çatıb. Onlardan 1 017 083 nəfəri ölüb, 23 712 268 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (7 273 943), Hindistanda (6 312 584) və Braziliyada (4 810 935) qeydə alınıb.