• 28 Mart 2024
logo
Ermənistanda yeni 3 tərəfli daxili savaş başlayır

Ermənistanda yeni 3 tərəfli daxili savaş başlayır

Sentyabrın 27-dən növbəti təxribata cəhd edən Ermənistanda aldığı cavab zərbələrindən sonra siyasi və iqtisadi vəziyyətdə olan böhran dərinləşib.

Ermənistan yeni hakimiyyət savaşının astanasındadır. Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar və Paşinyanın siyasi arenada məhv edilməsi, çıxılmaz duruma salınması Ermənistanda siyasi təlatümlərə səbəb olub.

Sentyabrın 30-da separatçıların üç keçmiş lideri - Robert Koçaryan, Arkadi Qukasyan və Bako Saakyan Qarabağda görüş keçiriblər.

Görüşdə qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti” Araik Arutyunyanın olmaması mənzərəni aydın edir: “Qarabağ klanı” faktiki olaraq 2 cəbhəyə bölünüb və onlar indi həm öz aralarında savaşır, eyni zamanda separatçıların keçmiş liderlərindən ibarət formalaşan köhnə klan (Robert Koçaryan, Arkadi Qukasyan və Bako Saakyan üçlüyü) Nikol Paşinyana qarşı səfərbər olaraq, onun hakimiyyətinə qarşı savaşırlar.

Qeyd edək ki, Araik Arutyun Ermənistan iqtidarındakı Paşinyan qruplaşmasının separatçı bölgədəki “lideri”dir, baş nazirin adamıdır. Robert Koçaryanın komandası isə həm Araik Artunyanla konfliktdədir, bütövlükdə isə Köçəryan və onun ətrafındakı sabiq iki “prezident” paralel olaraq Paşinyana qarşı birləşiblər.

Ermənistandakı hakimiyyət uğurunda gedən mübarizədə isə üçüncü tərəf keçmiş Ermənistan prezidenti Serj Sərkisyandır. Onun da hazırki baş nazir Paşinyanla dərin konflikləri var, o da hakimiyyətlə bağlı siyasi iddialıdır.

Deputat Sevinc Hüseynova Trend-ə açıqlamasında bildirib ki, Ermənistanda baş verən böhran rejimi siyasi mübarizənin alovlanmasına şərait yaradıb və tərəflər mübarizəyə qoşulmağa başlayıblar. Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün artan hərbi təziqi Ermənistandakı mövcud böhranı daha da dərinləşdirir. Ermənistanda hakimiyyət uğrunda 3 tərəf arasında gedən mübarizənin dərinləşməsi və mübarizənin gedişatının vətəndaş müharibəsinə çevirilməsi qaçılmazdır:

"Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar və Paşinyanın siyasi arenada məhv edilməsi, çıxılmaz duruma salınması Ermənistanda siyasi təlatümlərə səbəb olub. Cəbhədə və siyasi meydanlarda uduzmaqla yanaşı, işğalçı ölkə iqtisadi baxımdan da tam çöküb və faktiki olaraq əl açıb dilənirlər".