• 19 Aprel 2024
logo
Böyük Britaniyada ÜDM II rübdə 21,5% azalıb

Böyük Britaniyada ÜDM II rübdə 21,5% azalıb

Bu ilin II rübündə Böyük Britaniyada ÜDM istehsalı son qiymətləndirməyə əsasən illik ifadədə 21,5%, rüblük ifadədə isə 19,8% azalıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatında deyilir.

"Reuters"in analitiklər arasında keçirdiyi sorğunun nəticələrinə görə, ölkə iqtisadiyyatı II rübdə illik ifadədə 21,7%, rüblük ifadədə isə 20,4% azalıb. Bu, ilkin qiymətləndirməyə uyğun olub.