• 24 Aprel 2024
logo
Ermənistanda COVID-19-a yoluxanların sayı 50 mini ötüb

Ermənistanda COVID-19-a yoluxanların sayı 50 mini ötüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 458 yoluxma halı qeydə alınıb.

Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 50 359 nəfərə çatıb.

Son sutkada Ermənistanda koronavirusdan 1 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 959 nəfərə çatıb.