• 29 Mart 2024
logo
Dünyada koronavirusdan ölənlərin sayı bir milyonu ötüb

Dünyada koronavirusdan ölənlərin sayı bir milyonu ötüb

Dünyada koronavirusdan ölənlərin sayı bir milyon nəfəri ötüb.

Pandemiyanın statistikasını aparan Worldometers saytına istinadla xəbər verir ki, sentyabrın 29-na olan məlumata görə, dünyada 33 milyon 542 min 743 nəfər virusa yoluxub, 24 milyon 871 min 837 nəfər bu xəstəlikdən sağalıb, 1 milyon 6 min 90 xəstə COVID-19 virusundan ölüb.

Ən çox ölüm halı (209 min 777) ABŞ-da qeydə alınıb. Orada yoluxanların sayı 7 milyon 361 min 477 nəfərdir. Ölənlərin sayına görə ikinci yerdə Braziliya gəlir (142 min 161 nəfər ölüb, 4 milyon 748 min 327 nəfər yoluxub). Üçüncü yerdə Hindistandır (96 min 351 nəfər ölüb, yoluxanların ümumi sayı 6 milyon 143 min 19 nəfərdir). Daha sonra Meksika (76 min 430 nəfər ölüb, 730 min 317 nəfər yoluxub) və Böyük Britaniya (42 min 1 nəfər ölüb, 439 min 13 nəfər yoluxub) gəlir.

Xatırladaq ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.