• 28 Oktyabr 2020
logo
“Srvena Zvezda” Ermənistana getmək istəmir

“Srvena Zvezda” Ermənistana getmək istəmir

Avropa Liqasının Çempionlar yolunun pley-off mərhələsi çərçivəsində “Ararat-Armeniya” (Ermənistan) – “Srvena Zvezda” (Serbiya) oyununun yeri dəyişdirilə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb hərbi vəziyyət ucbatından Ermənistanda səfərbərliyin elan olunmasıdır.

Serbiya klubu oktyabrın 1-dəki qarşılaşmanın Ermənistanda keçirilməsinə qarşıdır. Onlar oyunun Belqrada salınması üçün UEFA-ya müraciət ünvanlayıblar. Ermənilər isə görüşün Gürcüstanda keçirilməsi variantını təklif ediblər.

UEFA məsələ ilə bağlı qərarını bu gün açıqlamalıdır.