“Çin orta və uzunmüddətli perspektivdə ABŞ üçün əsas xarici təhlükədir”.
Bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo “Fox News”a verdiyi müsahibədə deyib.
“Orta və uzunmüddətli perspektivdə ABŞ-ın üzləşdiyi ən böyük xarici təhlükə bu gün Çindəki rejim tərəfindən ortaya qoyulan təhlükədir, bu, Si Çinpinin rəhbərlik etdiyi Çin Kommunist Partiyasıdır”, - deyə Pompeo bildirib.
Xatırladaq ki, sentyabrın əvvəllərində “Fox News” telekanalının efirində Pompeo ABŞ üçün Çinin Rusiyadan daha çox təhlükə yaratdığını qeyd etmişdi.