• 29 Mart 2024
logo
Yaponiya pandemiyaya görə əcnəbilərə tətbiq etdiyi məhdudiyyətləri yumşaldacaq

Yaponiya pandemiyaya görə əcnəbilərə tətbiq etdiyi məhdudiyyətləri yumşaldacaq

Yaponiya koronavirus pandemiyası ilə əlaqədar xarici ölkə vətədaşlarına tətbiq etdiyi məhdudiyyətləri oktyabr ayından yumşaldacaq.

APA-nın"Kyodo" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş naziri Yoşihide Suga koronavirusla mübarizə qərargahının iclasında deyib: "İqtisadiyyatı bərpa etmək üçün beynəlxalq əlaqələri bərpa etmək lazımdır".
Baş həmçinin bildirib ki, tətbiq olunacaq yumşalma turistlərə şamil edilməyəcək: "Bu, tibbi, təhsil və ticarət məqsədləri üçün Yaponiyaya orta və uzunmüddətli səfərlər edən xarici ölkə vətəndaşlarına şamil ediləcək".
Qeyd edək ki, Yaponiya pandemiya səbəbiylə ABŞ, Aİ və Cənub-Şərqi Asiya, Çin, Cənubi Koreya, Rusiya, Belarus, Ukrayna da daxil olmaqla, demək olar ki, 160 ölkənin vətəndaşının ölkəyə girişini məhdudlaşdırıb.