• 25 Oktyabr 2020
logo
Putin dünya ölkələrini bir-birinə qarşı kiberhücumdan imtina etməyə çağırıb

Putin dünya ölkələrini bir-birinə qarşı kiberhücumdan imtina etməyə çağırıb

Rusiya Prezidenti Vladimir Putin dünya ölkələrinə bir-birinə qarşı kiberhücumdan imtina etmək barədə qlobal razılığa gəlmək təklifini irəli sürüb.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin beynəlxalq informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıqla bağlı Rusiya-ABŞ əməkdaşlığı haqqında bəyanatında qeyd olunub.

“ABŞ da daxil olmaqla, bütün ölkələrə müraciət edərək bir-birinə qarşı informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə dövlətlərin birinci zərbə endirməsi ilə bağlı siyasi öhdəlik qəbul etməsi haqqında qlobal razılığa gəlməyi təklif edirəm”, - deyə bəyanatda bildirilib.