• 20 Aprel 2024
logo
İranda kiçik təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

İranda kiçik təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

İranın Qəzvin əyalətində kiçik təyyarə qəzaya uğrayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, qəza Nəzərabad şəhərinin Əhmədabad hava limanının enmə zolağında baş verib.

Sosial şəbəkələrdə pilotun öldüyü iddia edilsə də, İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Müctəba Xalidi bu xəbərləri təkzib edib. O qeyd edib ki, yerli vaxtla saat 08:08-də baş verən qəza zamanı pilot və pilot köməkçisi xəsarət alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı araşdırma aparılır.