• 23 Oktyabr 2020
logo
Kanadada koronavirusun ikinci dalğası elan olunub

Kanadada koronavirusun ikinci dalğası elan olunub

Kanadada koronavirusa yoluxmanın ikinci dalğası artıq başlayıb və bu, ölkənin yaz aylarında qarşılaşdığı birinci dalğadan daha da pis ola bilər.

Trend-in məlumatına görə, bunu ölkənin Baş naziri Castin Trüdo Kanada xalqına xüsusi müraciətində deyib.

O bildirib ki, martın 13-də karantin rejimi tətbiq edilərkən ölkədə 47 yeni yoluxma qeydə alınmışdı, indi isə gündəlik yoluxma sayı min nəfəri keçir. Baş nazir xalqı karantin rejiminin qaydalarına əməl etməyə çağırıb.

Qeyd edək ki, bu günədək Kanadada 147 mindən çox şəxs koronavirusa yoluxub, ölənlərin sayı 9 243 nəfərə çatıb.