• 27 Mart 2025
logo
Təyyarə yandı - Aeroport işini dayandırdı

Təyyarə yandı - Aeroport işini dayandırdı

İrlandiyanın Şennon hava limanında “Omni Air International” aviaşirkətinə məxsus “Boeing 767” təyyarəsində yanğın baş verib.
Trend-in məlumatına görə, təyyarə yerdə olarkən dispetçer tüstülənmə müşahidə edib və bu barədə heyət üzvlərinə məlumat verib.
Təyyarədəki yanğının qarşısı alınıb, sərnişinlər təxliyə olunub. Hadisə nəticəsində xəsarət alanlar olmayıb.
Təyyarənin uçuş-eniş zolağından çıxarılması ilə əlaqədar hava limanının işi dayandırılıb.