• 29 Oktyabr 2020
logo
ÜST: Uşaqlarda koronavirusa yoluxma göstəricisi ümumi yoluxmanın 8.5 %-ni təşkil edir

ÜST: Uşaqlarda koronavirusa yoluxma göstəricisi ümumi yoluxmanın 8.5 %-ni təşkil edir

Əldə edilmiş məlumatlara əsasən 18 yaşına çatmamış uşaqlarda koronavirusa yoluxma göstəricisi ümumi qeydə alınmış yoluxma hallarının 8.5 %-ni təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, uşaqlar arasında koronavirusdan ölüm halları daha az müşahidə edilir.

Uşaqlar bu xəstəliyi daha yüngül keçirirlər. Lakin onlar arasında xəstəliyi kritik keçirənlər də qeydə alınıb.