• 30 Oktyabr 2020
logo
İngiltərədə koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq olunub

İngiltərədə koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq olunub

İngiltərədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunub.

APA-nın Böyük Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Baş Nazir Boris Conson parlamentdəki çıxışında bildirib.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, tibbi maska taxmayanlar üçün nəzərdə tutulan cərimənin məbləği 100 funt sterlinqdən 200 funt sterlinqə qaldırılıb.

Baş Nazir qeyd edib ki, bundan əlavə, bütün restoranlar, publar və barlar 24 sentyabr saat 22:00-dan etibarən fəaliyyətini dayandırmalı və ofislərdə çalışanlar yenidən evdən işləməlidirlər: “Biz hər zaman bilirdik ki, ikinci dalğanın perspektivi realdır. Hazırda biz təhlükəli bir dönüş nöqtəsinə gəlmişik”.

B. Conson vurğulayıb ki, bu qaydalar növbəti 6 ay ərzində qüvvədə qala bilər.

Qeyd edək ki, hazırda İngiltərədə 6 nəfərdən artıq şəxs toplaşa bilməz.