• 30 Noyabr 2022
logo
Yer sürüşdü, torpaq 6 nəfəri "uddu"

Yer sürüşdü, torpaq 6 nəfəri "uddu"

Çinin cənub-qərbində torpaq sürüşməsi baş verib.
Trend-in məlumatına görə, təbbi fəlakət nəticəsində 6 nəfər torpaq altında qalaraq ölüb. Daha 1 nəfərin itkin düşdüyü bildirilir.
Məlumata görə, 70 min kub metrlik dağ massivi yaxınlıqdakı iki yaşayış evinin üstünə dağılıb. Ərazidə növbəti sürüşmələrin olması istisna edilmir.
Hazırda xilasedicilər tərəfindən ərazidə itkin düşmüş şəxsin axtarışları aparılır.