• 29 Mart 2024
logo
Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu 43% azalıb

Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu 43% azalıb

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 593 841,7 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13,9% və ya 96 164,9 min dollar azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 309 555,7 min dollarlıq mal və məhsul idxal edib ki, bu göstərici əvvəlki illə müqayisədə 15,7 % azdır. Azərbaycandan idxal Gürcüstanın hesabat dövründəki ümumi idxalının 6,3%-ni təşkil edib.

Yanvar-avqust aylarında Gürcüstanın Azərbaycana ixracı isə 284 286 min dollara bərabər olub. Bu, 2019-cu ilin birinci rübü ilə müqayisədə 11.9% azdır. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 13,7%-ni təşkil edib.

Nəticədə, Gürcüstanın yanvar-avqust aylarında Azərbaycanla ticarət dövriyyəsində 25 269,7 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 43,4% azdır. Ötən ilin analoji dövründə mənfi saldo 44 718 min dollara bərabər olub.