• 20 Aprel 2024
logo
Rusiyada sərnişin təyyarəsi quş dəstəsi ilə toqquşub

Rusiyada sərnişin təyyarəsi quş dəstəsi ilə toqquşub

"Ural hava yolları"na məxsus "Airbus A321" sərnişin təyyarəsi "Jukovski" hava limanında qəza enişi edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarə "Jukovski" aeroportundan havaya qalxdıqdan sonra quş dəstəsi ilə toqquşub və mühərriklərin hər ikisi sıradan çıxıb.
Məlumata əsasən, təyyarə uçuş-eniş zolağından 1 kilometr aralıda eniş edib.
Təyyarənin göyərtəsində 7 heyət üzvü və 227 sərnişin olub. Onlar xəsarət almayıb və təxliyə ediliblər.