• 19 Mart 2024
logo
ABŞ-da "TikTok" və "WeChat" bağlana bilər

ABŞ-da "TikTok" və "WeChat" bağlana bilər

ABŞ-ın Ticarət Nazirliyi ölkə əhalisi tərəfindən Çinin "WeChat" və "TikTok" tətbiqlərinin yükləməsini qadağan edən qərar verməyi planlaşdırır.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu ABŞ hökumətindəki üç rəsmi şəxs bildirib.

Rəsmilər anons qərarın hələ verilmədiyi üçün adlarının açıqlanmaması şərti ilə məlumat verib.
Qərar ABŞ şirkətlərinin ölkə xaricində "WeChat"da bizneslə məşğul olmalarına şamil edilmir. Bu da "Walmart" və "Starbucks" kimi ABŞ şirkətləri üçün əlverişlidir.