• 24 Oktyabr 2020
logo
Rusiyada son sutkada daha 5 905 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada daha 5 905 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 5905 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1091186 nəfərə çatıb.

Son sutka ərzində 134 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 195 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.