• 31 Oktyabr 2020
logo
Ermənistanda son sutkada 239 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutkada 239 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutka ərzində 239 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 46910-a çatıb.

Son sutkada virusdan daha 1 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 926-ya çatıb.