• 19 Mart 2024
logo
Moskvada koronavirusla bağlı son statistika açıqlanıb

Moskvada koronavirusla bağlı son statistika açıqlanıb

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 8 nəfər dünyasını dəyişib. APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5033-ə çatıb. Qeyd edək ki, Rusiyada indiyədək 1 085 281 insanda koronavirus aşkar olunub. Ümumilikdə 19 061, nəfər ölüb, 895 868 xəstə isə sağalıb.