• 29 Sentyabr 2020
logo
Uqandada xüsusi təhlükəli cinayətkarların saxlanıldığı həbsxanadan 200-dən çox məhbus qaçıb

Uqandada xüsusi təhlükəli cinayətkarların saxlanıldığı həbsxanadan 200-dən çox məhbus qaçıb

Uqandanın şimal-şərqində xüsusi təhlükəli cinayətkarların saxlanıldığı həbsxanadan 200-dən çox məhbus qaçıb.

Bu barədə yerli "Nation" nəşri məlumat yayıb.  

"Moroto şəhərindəki həbsxanadan bir qrup məhbus 16 sentyabrda mühafizəçilərə hücum edib, onlar 15 silah ələ keçiriblər və qaçıblar", - deyə Uqandanın Həbsxanalar üzrə Baş Komissarı Conson Byabaşay deyib.

O bildirib ki, 219 məhbus qaçmağa müvəffəq olub. Hazırda cəngəllikdə gizlənən məhbusları tutmaq üçün əraziyə ordu qüvvələri cəlb olunub. 

Rəsmilər yerli əhalini sakit və ayıq olmağa çağırıb.

Morotodakı həbsxanada ağır cinayətlər törətmiş şəxslər var. İndiyədək qaçan üç məhbus ələ keçirilib. Bir hərbçi isə onların zərərsizləşdirildiyini bildirib.