• 25 Aprel 2024
logo
Anna Netrebko koronavirusa yoluxub, əri Yusif Eyvazovda antitel aşkarlanıb

Anna Netrebko koronavirusa yoluxub, əri Yusif Eyvazovda antitel aşkarlanıb

Rusiyanın məşhur opera müğənnisi Anna Netrebko koronavirusa yoluxub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə A. Netrebko “Instagram” səhifəsində məlumat verib.

O, koronavirus infeksiyasının səbəb olduğu pnevmoniya ilə bağlı xəstəxanaya yerləşdirildiyini yazıb: “Artıq beş gündür ki, xəstəxanadayam. Sağalmağa doğru gedirəm. Xəstələndiyimi hiss edən kimi özümü təcrid elədim, baxmayaraq ki, koronavirus testinin nəticəsi neqativ çıxmışdı. Vaxtında xəstəxanaya gəldim”.

A. Netrebko həyat yoldaşı, Azərbaycanın xalq artisti Yusif Eyvazovda koronavirusa qarşı antitel aşkarlandığını qeyd edib.

Xatırladaq ki, Rusiyanın Xalq artisti A. Netrebko və Y. Eyvazov Moskva Böyük Teatrının solistləridirlər.