• 25 Aprel 2024
logo
Tehranda Ermənistan səfirliyi önündə aksiya keçirilib

Tehranda Ermənistan səfirliyi önündə aksiya keçirilib

İranlı tələbələr Tehranda Ermənistan səfirliyi önündə Yerevanın İsraildə diplomatik nümayəndəlik açmasına qarşı etiraz aksiyası keçiriblər.

Trend-in məlumatına görə, iranlı tələbələr Ermənistana qarşı şüarlar səsləndiriblər.

Onlar Ermənistandan öz qərarına yenidən baxmağı və səfirini geri çağırmağı tələb ediblər: "Əks halda, Ermənistan İranla dostluq və sülh münasibətlərinə zərbə vurmuş olacaq".