• 20 Sentyabr 2020
logo
Moskvada koronavirusla bağlı vəziyyət yaxşılaşmağa doğru gedir

Moskvada koronavirusla bağlı vəziyyət yaxşılaşmağa doğru gedir

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 10 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5016-ya çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 272 523 insanda koronavirus aşkar olunub. Ümumilikdə 231 483 xəstə isə sağalıb.