• 23 Sentyabr 2020
logo
Rusiya aviaşirkətləri Azərbaycana uçuşlar həyata keçirmək üçün komissiyaya müraciət edib

Rusiya aviaşirkətləri Azərbaycana uçuşlar həyata keçirmək üçün komissiyaya müraciət edib

Rusiyanın "Red Wings" və "Azimut" aviaşirkətləri Azərbaycana uçuşlar həyata keçirmək üçün Aviaşirkətlərin hava nəqliyyatına qəbulu üzrə idarələrarası komissiyasına müraciət edib.

"APA-Economics"in "İzvestiya"ya istinadən verdiyi məlumata görə, bu barədə komissiyanın iclası üçün hazırlanan və "Rosaviasiya"nın saytında dərc olunan sənəddə bildirilir.

Qeyd olunur ki, koronavirus pandemiyası səbəbindən aviaşirkətlər uçuş icazələrini bağlı ölkələrə ehtiyat olaraq saxlamaq niyyətindədir. Aviadaşıyıcılar icazə sənədlərini həm yaz-yay (oktyabr ayının sonunadək), həm də payız-qış (mart ayının sonunadək) dövrü üçün ehtiyat olaraq toplayırlar.
Bundan başqa, Rusiyanın ayrı-ayrı aviaşirkətləri Belarus, Almaniya, Yunanıstan, İsrail, İspaniya, İtaliya, Kipr, Qazaxıstan, Çin istiqamətində uçuşların yerinə yetirilməsi, həmçinin Avstriya, Bolqarıstan, Macarıstan, İspaniya, Fransa və Dominikana çarter reyslərinin həyata keçirilməsi üçün komissiyaya müraciət edib.