• 22 Sentyabr 2020
logo
Rusiyada son sutkada 150 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada 150 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində daha 5529 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1073849 nəfərə çatıb.

Son sutka ərzində 150 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 18 785 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.