• 22 Sentyabr 2020
logo
Ərdəbildə koronavirusa yoluxanların sayı artıb

Ərdəbildə koronavirusa yoluxanların sayı artıb

Ərdəbil əyalətində koronavirusa yoluxanların sayında artım var. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Ərdəbil Tibb Elmləri Universiteti məlumat yayıb. Son 24 saatda vilayətin tibb mərkəzlərinə 42 xəstə yerləşdirilib, bunlardan da 31-i Ərdəbilin, 4-ü Parsabadın, 7-i Meşginşəhr rayonlarının payına düşüb. 46 xəstə nisbi sağalma ilə evə buraxılıb. Hazırda vilayətin tibb mərkəzlərində 216 xəstə müalicə alır, onlardan 58 nəfəri reanimasiyadadır. Son sutkada 4 nəfər həyatını itirib.