• 23 Sentyabr 2020
logo
Putin və Makron Navalnı ilə bağlı məsələni müzakirə ediblər

Putin və Makron Navalnı ilə bağlı məsələni müzakirə ediblər

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı müxalif siyasətçi Aleksey Navalnı işi ətrafındakı vəziyyət ətraflı müzakirə olunub.

Putin bu məsələ ilə bağlı Rusiya tərəfinin ünvanına səslənən ittihamların əsassız olduğunu bildirib. Real vəziyyətin aydınlaşması üçün alman mütəxəssislər tərəfindən Aleksey Navalnıdan götürülən biomaterialların Rusiyaya verilməsinin, eləcə də rusiyalı həkimlərlə birgə işin təmin olunmasının vacibliyi vurğulanıb.

Bundan başqa prezidentlər Belarusdakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar. Hər iki tərəf Respublikada vəziyyətin tezliklə normallaşmasında, böhranın sülh və konstruktiv dialoq yolu ilə həllində maraqlı olduqlarını bildiriblər. ​

Putin və Makron Ukrayna və Liviyadakı vəziyyətə də toxunublar.