• 5 İyul 2025
logo
Batumidə COVİD-19 infeksiyasının yayılması nəzarətdən çıxıb

Batumidə COVİD-19 infeksiyasının yayılması nəzarətdən çıxıb

Batumidə COVİD-19 infeksiyasına yoluxma mənbələrini müəyyənləşdirmək artıq mümkün deyil.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Acarıstan Muxtar Respublikasının səhiyyə naziri Nino Nijaradze yerli KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, artıq virus şəhərin müxtəlif bölgələrinə səpələnib və bölgədə gərgin epidemioloji vəziyyət yaranıb.

Qeyd edək ki, bu gün Gürcüstanda qeydə alınan 165 yoluxma halının 108-nin Acarıstan MR ərazisində, əsasən də Batumi şəhərində qeydə alındığı bildirilib.