• 21 Sentyabr 2020
logo
Rusiyada daha 5509 nəfər COVID-19-a yoluxub

Rusiyada daha 5509 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutka ərzində daha 5509 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1068320 nəfərə çatıb.

Son sutka ərzində 57 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 18 635 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.