• 29 Sentyabr 2020
logo
Braziliyada son sutkada 14 768 nəfərə COVID-19 diaqnozu qoyulub

Braziliyada son sutkada 14 768 nəfərə COVID-19 diaqnozu qoyulub

Braziliyada son sutka ərzində daha 14 768 nəfərin koronavirus infeksiyasına yoluxması, 415 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 4 330 455 nəfər yoluxub. Bu müddət ərzində 131 625 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 3 573 958 xəstə müalicə olunaraq sağalıb.