• 27 Sentyabr 2020
logo
Ermənistan və İranın Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Ermənistan və İranın Xarici İşlər nazirləri arasında telefon danışığı olub

İranın Xarici İşlər naziri Cavad Zərif və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub.

Bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan "Twitter"də bildirib.

Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon söhbətində Cənubi Qaqazda sülh və təhlükəsizlik məsələləri, mövcud problemlər, onların həlli istiqamətində beynəlxalq əməkdaşlıq müzakirə olunub.