• 10 İyul 2025
logo
Gürcüstanda son sutkada 87 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada 87 nəfər koronavirusa yoluxub

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 87 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1917 nəfərə çatıb. Bu, Gürcüstanda virusa yoluxmanın qeydə alındığı 26 fevral tarixindən etibrən ən yüksək sutkalıq yoluxma göstəricisidir.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5882 nəfər karantində saxlanılır, 390 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1354 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.